Əfqanıstanın şimalında yerləşən Samangan vilayətində 6,8 bal gücündə zəlzələ baş verib.
DenMedia.az xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmoproqnozlaşdırma Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 01:29-da qeydə alınıb. Bildirilir ki, epimərkəzdə 30 kilometr dərinlikdə yeraltı təkanların gücü 7 bala çatıb.
Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

