Rusiya hüquq-mühafizə orqanlarına istinadən TASS xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) oğurlanaraq qətlə yetirilən kriptoinvestor Roman Novakun Rusiyada 6,4 milyon rubldan çox borcu olub.
Məlumata görə, “Novakun borcları 6,4 milyon rubldan çoxdur, onların bir hissəsi məhkəmə icraçılarının vasitəsilə məcburi qaydada tutulur, əsasən cinayət nəticəsində vurulmuş zərərlə bağlıdır.”
Agentliyin bildirdiyinə əsasən, Novak barəsində Rusiyada doqquz icra işi açılıb, lakin onların bir qismi artıq dayandırılıb.
Noyabrın 7-də Rusiyanın bir neçə regionunda kriptotreyder və onun həyat yoldaşına hücumda şübhəli bilinən şəxslər saxlanılıb. Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci bəndi (qəsdən adam öldürmə) üzrə cinayət işi açılıb. “Fontanka” portalının yazdığına görə, qətliamdan sonra ailə parçalanaraq səhrada basdırılıb.
Roman Novak özünü kripto sahibkar kimi təqdim edir və Pavel Durovun dostu olduğunu iddia edirdi. O, həyat yoldaşı ilə birlikdə Dubayda yaşayırdı. Onların yoxa çıxması, Novaka qarşı dələduzluq şübhələri yaranandan sonra baş verib. İddialara görə, o, “Fintopio” adlı sürətli pul köçürmə tətbiqinin yaradılması üçün təxminən 500 milyon dollar investisiya cəlb etmişdi.

