Fransa noyabrın 14-nə keçən gecə Ukraynaya endirilən aviazərbələrdən sonra Rusiyaya təzyiqləri artıracağına söz verib.
DenMedia.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Fransa Rusiya Silahlı Qüvvələrinin həyata keçirdiyi kütləvi zərbələri qəti şəkildə pisləyir. Paris öz tərəfdaşları və müttəfiqləri ilə birlikdə Ukraynaya dəstəyini və Moskvaya təzyiqlərini gücləndirmək niyyətindədir”, – deyə bildirilib.
Qeyd edək ki, noyabrın 14-də Rusiya Silahlı Qüvvələri “Kinjal” hipersəs ballistik raketlərindən istifadə etməklə Ukraynaya zərbə endirib.

