Reuters-in məlumatına görə, ABŞ Ukraynaya açıq şəkildə xəbərdarlıq edib: əgər çərçivə sülh razılaşması gələn həftənin cümə axşamına — 27 noyabra qədər imzalanmasa, silah tədarükü və kəşfiyyat məlumatlarının verilməsi dayandırıla bilər.
Mənbələr bildirir ki, Vaşinqton Kiyevə indiyə qədər görünməmiş dərəcədə güclü təzyiq göstərir.
ABŞ administrasiyasının hədəfi — Kiyevi danışıqlara məcbur etmək və prosesi sürətləndirməkdir.

