“Litva Belarus və Rusiyaya təzyiq göstərmək üçün Kalininqrada tranziti məhdudlaşdıra bilər”.
DenMedia.az xəbər verir ki, bunu Hakim Litva Sosial Demokrat Partiyasının (SDPL) lideri Mindauqas Sinkeviçius deyib.
Bundan əvvəl Litvanın xarici işlər naziri Kestutis Budris demişdi ki, Vilnüs lazım bildiyi təqdirdə Kalininqrada tranzitini bağlaya bilər.
Paralel olaraq, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskva və Brüsselin 2002 və 2004-cü illərdəki birgə bəyanatlarına uyğun olaraq Litvanın öz ərazisindən Kalininqrada və oradan maneəsiz tranziti təmin etmək öhdəliyini xatırladıb: “Biz ümid edirik ki, Litva tərəfi belə bir təxribatçı addım atmayacaq”, – diplomat bildirib.
Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (IMEMO) baş elmi işçisi Aleksandr Kamkin bəyan edib ki, Kalininqrad vilayətinə Litva ərazisindən tranzitin məhdudlaşdırılması Rusiyaya qarşı müharibə elanı olacaq.(Globalinfo.az)

