ABŞ prezidenti Donald Trampın Florida ştatındakı iqamətgahının yaxınlığında əlində silah olan qadın prezidentlə saxlanılıb.
Den.az xarici mediaya istinadla xəbər verir ki, hadisə iyulun 7-də gecə saatlarında baş verib. 49 yaşlı Karolina Şou “Mercedes” markalı avtomobildə Mar-a-Lago iqamətgahının darvazasına qədər gedib və ABŞ Məxfi Xidmətinin əməkdaşlarına “Trampla təcili danışmağın” lazım olduğunu bildirib.
Qadın avtomobilində silah olduğunu etiraf edib. O, sürücülük vəsiqəsinin və avtomobilin qeydiyyat müddətinin 2021-ci ildə bitdiyi üçün həbs edilib. Maşın əlavə araşdırmaya qədər nəzarətə götürülüb.
Hadisə baş verən zaman Trampın Vaşinqtonda olduğu bildirilir.
Məhkəmədə təqsirləndirilən şəxs təqsirsiz olduğunu bəyan etsə də, ona ölkə prezidentinə və onun əmlakına yaxınlaşması qadağan edilib.Lent.az