Rusiya Ankaranın danışıqlar üçün meydan təklifinə minnətdarlıq bildirir, lakin Kiyev bu formata qoşulmaqdan imtina edib.
DenMedia.az xəbər verir ki, xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib ki, Ukrayna iyul ayından etibarən dialoqu dayandırıb və Moskvadan göndərilən təkliflərə cavab verməyib.
Onun sözlərinə görə, Rusiya siyasi, hərbi və humanitar məsələlər üzrə üç işçi qrupunun yaradılmasını və həmçinin delegasiyanın səviyyəsinin artırılmasını təklif edib, lakin qarşı tərəf reaksiya göstərməyib.
Moskva vurğulayıb ki, İstanbul formatından imtina etməyib, danışıqlardakı fasilə tamamilə Kiyevin mövqeyi ilə bağlıdır.

