Türkiyə Ermənistanla quru sərhədinin yaxın altı ayda açılmasını müzakirə edir. Bloomberg-in mənbələri bildirir ki, bu addım Avropanın soyuq müharibə dövründən qalma son bağlı sərhədinə son qoyacaq və Cənubi Qafqazda ticarətin yenidən canlanması üçün yeni imkanlar yaradacaq.
Agentliyin məlumatına görə, Ankara və Bakı ilə aparılan diplomatik yaxınlaşma, eləcə də sərhədin açılması ehtimalı Ermənistanın baş naziri Nikol Paşinyana 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri öncəsi mühüm siyasi üstünlük qazandıra bilər.
Mənbələr əlavə edir ki, yalnız bu razılaşmalara nail olunduqdan sonra Türkiyə Ermənistana səfir təyin edə, iki ölkə arasında tam diplomatik münasibətləri bərpa edə bilər.

