Çexiyada 2025-ci ildə A hepatitinə yoluxma kəskin artıb və artıq 30-dan çox insan ölüb.
Bu barədə alman nəşri Tagesschau məlumat yayıb, DenMedia.az xəbər verir.
«Bu il Çexiyada demək olar ki, üç min A hepatiti halı qeydə alınıb — bu, 2024-cü illə müqayisədə 20 dəfə çoxdur», — deyə məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, xəstəlik səbəbindən 32 nəfər həyatını itirib, onların əsasən yaşlı kişilər olduğu vurğulanır.
Materialda həmçinin göstərilir ki, infeksiya yaz aylarında evsizlər və asılılığı olan şəxslər arasında başlayıb, daha sonra bütün ölkə əhalisi arasında yayılıb.

