Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna mövzusunu müzakirə edib və söhbətdə “bütün Avropanı narahat edən” məsələyə toxunulduğu bildirilir. Bu barədə Reuters xəbər yayıb.
“Təxminən 40 dəqiqə bizi hamımızı narahat edən məsələni müzakirə etdik,” – deyə Makron bildirib.
Makron tərəflərin konkret nəyi danışdığı barədə məlumat verməyib.
Bildirilir ki, Donald Tramp administrasiyası Ukraynadan Vaşinqtonun təklif etdiyi sülh planına tez bir zamanda cavab gözləyir. Financial Times yazır ki, ABŞ Prezidenti məsələnin katolik Miladınadək həll olunmasını istəyir və Vladimir Zelenskiyə cavab üçün “cəmi bir neçə gün” verib.
Avropalı rəsmilərə görə isə əsas məsələlər üzrə fikir ayrılıqlarını həll etmək üçün həftələr, hətta aylar tələb oluna bilər.

