Fransa prezidenti Emmanuel Makron Ukraynanın energetika infrastrukturuna qış mövsümündə endirilən zərbələrə moratorium tətbiq olunmasını təklif edib.
O, bu qərarın çox qısa müddətdə qəbul edilməsinin vacibliyini vurğulayıb. Makron bu fikri Çinin sədri Si Cinpinlə danışıqları zamanı səsləndirib.
“Qarşıdan gələn qış dövründə enerji infrastrukturlarına yönəlmiş zərbələrə ən azı moratorium şəklində atəşkəs əldə etmək üçün səylərimizi birləşdirməliyik”, — Fransa prezidenti bildirib, Denmedia.az xəbər verir.

