İnsanlar ömrünün sonunda ən çox uşaqlarına az vaxt ayırdıqlarına görə peşman olurlar. Bu fikri Rusiya prezidenti Vladimir Putin birbaşa xətt zamanı səsləndirib. “İnsanlar həyatdan köçərkən ən çox uşaqlarına kifayət qədər diqqət ayırmadıqlarına görə təəssüflənirlər”, — deyə dövlət başçısı bildirib. Tədbir zamanı prezident həmçinin bildirib ki, Rusiya hər qadına iki uşaq doğum nisbətinə nail olmalıdır. Xatırladaq ki, 23 oktyabrda demoqrafik və ailə siyasətinin icrasına həsr olunmuş Şura iclasında Putin ölkənin doğum səviyyəsinin azalması problemi ilə üz-üzə qaldığını demişdi. Onun sözlərinə görə, bu vəziyyət İkinci Dünya müharibəsindəki böyük itkilər və 1990-cı illərin böhranlı dövrü nəticəsində yaranmış iki demoqrafik boşluğun “əks-sədasıdır”. Dekabr ayında hökumətə ölkədə demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün əlavə və təxirəsalınmaz tədbirlərin hazırlanması tapşırılıb. Rosstatın məlumatına əsasən, 2023-cü ildə doğum əmsalı 1,41-ə düşüb (bir qadına düşən orta uşaq sayı) və yeni doğulanların ümumi sayı son 17 ilin minimumuna enib.
“Ən böyük peşmanlıq budur” - Putindən Etiraf
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

