Yaponiya hökuməti ölkə əhalisinin azalmasına qarşı kompleks strategiya hazırlamaq üçün xüsusi qərargah formalaşdırıb.
Kyodo-nun məlumatına görə, yeni orqana ölkənin baş naziri Sanae Takaichi rəhbərlik edir.
Birinci təşkilati iclas hökumət başçısının rezidensiyasında keçirilib. Yaradılan qərargah demoqrafiya sahəsində müxtəlif qurumlar arasında əvvəllər bölüşdürülən tədbirlərin koordinasiyasını təmin edəcək.
Yeni orqanın səlahiyyətlərinə doğum səviyyəsinin artırılması, uşaqlı ailələrin dəstəklənməsi və regionların inkişafının stimullaşdırılması məsələləri daxil olacaq. Birinci iclasda baş nazir demoqrafik problemlərin həllində kompleks yanaşmanın zəruriliyini vurğulayıb.
“Hər kəsin seçdiyi regionda yaşamağa davam edə bilməsi üçün əhalinin azalmasına qarşı tədbirləri kompleks şəkildə irəli aparacağıq”, — agentlik Takaichinin sözlərini belə sitat gətirir.
Siyasətçi doğum səviyyəsinin artırılmasına dair əlavə tədbirlərin hazırlanmasının sürətləndirilməsini tapşırıb və sosial təminat sisteminin islahatına start verib. Prioritet tapşırıqlar arasında həmçinin tibbdə, nəqliyyatda və kommunal infrastrukturda rəqəmsal texnologiyaların tətbiqi də göstərilib.

