ABŞ Senatının azlıq lideri Çak Şumer prezident Donald Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırmaq niyyətində olduğunu açıqlayıb.
Buna səbəb kimi amerikalı maliyyəçi Ceffri Epşteyn işi üzrə materialların tam açıqlanmaması göstərilir. Məlumatı Politico yayıb.
Şumerin sözlərinə görə, Tramp administrasiyasının Ədliyyə Nazirliyi bəzi materialları silib və sübutları gizlədib, bu isə qanun pozuntusudur. Senator Senata administrasiyaya qarşı hüquqi prosesin başlanmasına imkan verən qətnamə təqdim edib.
O vurğulayıb ki, Konqres tərəfindən qəbul edilmiş qanun bütün sənədlərin tam dərcini tələb edir ki, “amerikalılar həqiqəti bilsin”. Demokratlar Senatın prosedur mexanizmlərindən istifadə edərək administrasiyanı tələbi yerinə yetirməyə məcbur etməyi planlaşdırırlar.

