ABŞ mediası prezident Donald Trampın xarici görünüşünə, xüsusilə də dövlət başçısının əllərinə diqqət çəkib. Jurnalistlərin iddiasına görə, Trampın əllərində görünən izlər siyasətçinin səhhəti ilə bağlı suallar doğurub.
CNN-in dərc etdiyi materialda bildirilir ki, Ağ Evin rəhbərinin sol əlinin üst hissəsində yeni, yüngül göyərmələr, sağ əlində isə nəzərəçarpan bir göyərmə müşahidə olunub.
Məsələ ilə bağlı açıqlama verən həkimlər isə narahatlığa əsas olmadığını bildiriblər.
Həkim Ceffri Linder mövzuya münasibət bildirərək deyib:
“Bu cür xırda detallar əsas obrazdan diqqəti yayındırır.”
Qeyd olunur ki, Donald Tramp katolik Milad bayramı ərəfəsində ictimaiyyət qarşısına çıxarkən hər iki əlində zədə izləri olub və həmin izlərin kosmetik vasitələrlə gizlədilməsinə cəhd edilib.

