ABŞ-ın Kolumbiyadakı səfirliyi Venesuelada olan Amerika vətəndaşlarını Karakas küçələrinə çıxmamağa çağırıb.
Bu barədə The New York Times məlumat yayıb.
Bildirilir ki, Bolivar Respublikası ərazisində olan ABŞ vətəndaşlarından evlərində qalmaq xahiş olunub. Səfirlik çağırışı Karakasda və onun ətrafında baş verən partlayışlarla bağlı məlumatlara əsaslandırıb.
Məsələ ilə bağlı əlavə detallar açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Venesueladakı səfirliyi də Amerika vətəndaşlarını ölkəyə səfər etməməyə çağırmışdı.

