Suriya Silahlı Qüvvələri Hələb şəhərində vəziyyətin deeskalasiyası məqsədilə atəşkəs rejimi tətbiq edib. Bu barədə ölkənin Müdafiə Nazirliyi rəsmi Facebook hesabında məlumat yayıb.
Nazirlik vurğulayıb ki, daxili təhlükəsizlik qüvvələri Suriya ordusu ilə birlikdə silahlı birləşmələrin ərazidən çıxarılması mexanizmini təşkil edir.
“Silahlı qruplar bu ərazini tərk etməlidir. <…> Suriya ordusu müşayiəti və təhlükəsiz keçidi təmin etməyi öhdəsinə götürür”, — deyə Müdafiə Nazirliyində bildirilib.

