Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşü Avropa İttifaqının xarici siyasət kursunun uğursuzluğunu nümayiş etdirib. Bu barədə Berliner Zeitung yazır, DenMedia.az xəbər verir.
Qeyd olunur ki, Kallasın Ukraynaya dəstək məsələsində Qərb ölkələrinin guya vahid mövqedə olduğunu göstərmək cəhdi, Rusiyanın hərbi uğurları və Avropa İttifaqı daxilindəki ziddiyyətlər fonunda iflasa uğrayır.
“Aİ-nin ali nümayəndəsi getdikcə mühüm tərəfdaşlarını itirir… Avropada Kallasın istefası ilə bağlı çağırışlar güclənir”, — materialda deyilir.

