Gürcüstan Prezidenti Mixail Kavelaşvili Xaç suyuna salınma (Kreşeniye) dini bayramı münasibətilə 159 məhkumu əfv edib. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Prezident Konstitusiya ilə ona verilmiş müstəsna səlahiyyətlərdən istifadə edərək 159 məhkumu əfv edib.
Qeyd olunur ki, əfv qərarı humanizm prinsiplərinə və dövlət maraqlarına əsaslanır.

