Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.
Ərdoğanın mətbuat xidmətinin məlumatına görə, liderlər ikitərəfli münasibətləri, Suriyada baş verən son hadisələri, Qəzza üzrə "Sülh Şurası"nın fəaliyyətini, ticarət əlaqələrini, müdafiə sahəsini, eləcə də regional və qlobal prosesləri müzakirə ediblər.
Ərdoğan Türkiyə ilə ABŞ arasında əməkdaşlığın inkişafının vacibliyini vurğulayaraq, münasibətlərin bütün sahələr üzrə irəlilədilməsinin hər iki ölkənin ümumi maraqlarına cavab verdiyini qeyd edib.
Türkiyə Prezidenti həmçinin Suriyada atəşkəs və inteqrasiya ilə bağlı razılaşmanın tam icrasının zəruriliyinə diqqət çəkib, bu istiqamətdə ABŞ və Suriya hakimiyyətləri ilə koordinasiyanın əhəmiyyətini vurğulayıb.
Ərdoğan Qəzza üzrə "Sülh Şurası"nın səmərəli fəaliyyət göstərəcəyinə ümid etdiyini bildirərək, humanitar fəlakətin dayandırılmasının və sektorun bərpasının regionda davamlı sülhə yol açacağını qeyd edib.

