Bali adasında fillərlə gəzinti təklif edən son attraksionun fəaliyyəti dayandırılıb. Bu barədə Detik məlumat yayıb. Qərar adanın Meşə Təsərrüfatı Nazirliyinin bu cür əyləncələrin qadağan olunması ilə bağlı xəbərdarlığından sonra qəbul edilib.
Attraksionun yerləşdiyi Mason Elephant Park hazırda 27 sumatra filinə ev sahibliyi edir. Parkda eyni zamanda ziyarətçilərin maarifləndirilməsi məqsədi daşıyan muzey və tədris mərkəzi fəaliyyət göstərir.
Bali adasında Təbii Sərvətlərin Mühafizəsi Agentliyi fillərlə gəzintinin yenidən bərpa olunmamasına nəzarət edəcək. Qeyd olunur ki, Bali İndoneziyada bu cür əyləncələri qadağan edən ilk region olub.

