İsrail ordusu Qəzza zolağının Səhiyyə Nazirliyinin müharibə zamanı təxminən 71 min fələstinlinin həlak olması ilə bağlı verdiyi qiymətləndirməni qəbul edib. Bu barədə İsrailin Haaretz nəşri yazıb.
Nəşrin məlumatına görə, İsrail Müdafiə Ordusu Qəzzada HƏMASın nəzarətində olan Səhiyyə Nazirliyinin açıqladığı rəqəmləri əsas götürüb.
Qeyd olunur ki, göstərilən 71 min nəfərlik rəqəmə itkin düşənlər daxil deyil.
Xatırladaq ki, 2025-ci ilin noyabrında Qəzza zolağında 2023-cü il oktyabrın 7-dən başlayan münaqişə nəticəsində ölənlərin sayı 70 mini keçmişdi.

