İranda qadınlara rəsmi şəkildə motosiklet idarə etmək üçün sürücülük vəsiqəsi almağa icazə verilib.
Bu barədə ILNA hökumət qərarına istinadən məlumat yayıb.
Sənəd yanvar ayında Nazirlər Kabineti tərəfindən təsdiqlənib və daha sonra ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Aref tərəfindən imzalanıb. Qərara əsasən, İran İslam Respublikasının Baş Komandanlığı qadınlar üçün motosiklet sürmə üzrə praktiki təlimlərin təşkili, yol polisi nəzarəti altında imtahanların keçirilməsi, eləcə də sürücülük vəsiqələrinin rəsmiləşdirilməsi və verilməsi ilə bağlı səlahiyyətlər alır.
Qeyd olunur ki, bu addım İranda qadınların nəqliyyat vasitələrini idarə etməsi ilə bağlı uzun müddətdir mövcud olan məhdudiyyətlərin yumşaldılması baxımından mühüm qərar sayılır.

