Ermənistan Baş Prokurorluğu Bütün ermənilərin katolikosu II Qaregin barəsində cinayət işi açıb.
Bu barədə onun vəkili Ara Zoqrabyan bildirib.
Vəkilin sözlərinə görə, Garegin II barəsində iş “məhkəmə qərarının icrasına mane olmaq” ittihamı ilə açılıb. İddia Arman Saroyan adlı sabiq din xadimi ilə bağlı məhkəmə qərarı ilə əlaqələndirilir.
Zoqrabyan bildirib ki, katolikosa Ermənistandan çıxış qadağası qoyulub və bu addımın Avstriyada keçirilməsi planlaşdırılan Yepiskoplar Toplantısını pozmağa yönəldiyini iddia edib.
Qeyd edək ki, yanvarın sonunda Kilsənin Ali Ruhani Şurasının üzvü olan din xadimlərinə də təqsirləndirilən şəxs qismində İstintaq Komitəsinə çağırış bildirişləri göndərilmişdi və onların da ölkədən çıxışına məhdudiyyət qoyulmuşdu. Onlar da məhkəmə aktının icrasına mane olmaqda ittiham edilirlər.

