Marco Rubio Ukrayna Prezidenti Volodymyr Zelenskyy ilə görüş keçirib. Bu barədə ABŞ-ın dövlət katibi sosial şəbəkə X-də məlumat verib. Onun sözlərinə görə, görüş zamanı Ukraynanın təhlükəsizliyi, həmçinin müdafiə və iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. “Zelenski ilə Ukraynanın təhlükəsizliyi və müdafiə, iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etmək üçün görüşdüm. Prezident Donald Tramp qan tökülməsinə birdəfəlik son qoyacaq həll yolu tapmaq istəyir”, – deyə Rubio yazıb. Bundan bir neçə saat əvvəl Rubio G7 ölkələrinin xarici işlər nazirləri ilə görüşdə ABŞ-ın Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirakını davam etdirməyə hazır olduğunu vurğulayıb. O, həmçinin həmkarları ilə Hind-Sakit okean regionu və Qərb yarımkürəsində təhlükəsizlik çağırışlarını müzakirə edib.
Rubio Zelenski ilə müdafiə tərəfdaşlığını müzakirə etdi
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

