ABŞ ilə İran arasında nüvə sazişinin İsrailin müdaxiləsi səbəbindən pozulduğu iddia edilir.
Bu barədə NBC News-a anonim Yaxın Şərq diplomatı açıqlama verib.
Mənbənin sözlərinə görə, tərəflər ötən həftə razılaşmaya maksimum dərəcədə yaxın olub. Lakin Təl-Əviv diplomatik prosesi bloklamaq üçün qəti addımlar atıb.
Diplomat bildirib ki, Ağ Ev regiondakı əsas müttəfiqinin təzyiqinə boyun əyib və bununla mümkün sülh razılaşması imkanından imtina edib. Onun fikrincə, bu hal Vaşinqtonun tərəfdaşlarının təsiri altına düşdüyü ilk hadisə deyil.

