İsrail hərbçiləri çərşənbə axşamına keçən gecə Beyrutda yerləşən “Al-Manar” telekanalının binasına zərbə endirib.
Bu barədə Yaxın Şərq mediası məlumat yayıb.
Hücumdan sonra kanalın yayımı qısa müddətə dayandırılıb. Daha sonra xəbər buraxılışında binanın İsrail tərəfindən vurulduğu təsdiqlənib.
İsrail mediası “Al-Manar”ın “Hizbullah”la əlaqəli olduğunu iddia edir. Yayılan görüntülərdə yalnız şəhər səmasında qalxan tüstü buludları görünür. Hazırda ölən və ya yaralananlar barədə rəsmi məlumat verilməyib.

