Böyük Britaniyadan olan görücü Kreyq Hamilton-Parker ABŞ-ın keçmiş prezidenti Donald Trampın üçüncü dəfə prezident seçilə biləcəyini proqnozlaşdırıb.
Bu barədə Daily Star nəşri məlumat yayıb. Qeyd olunur ki, Hamilton-Parker tez-tez “Yeni Nostradamus” kimi təqdim edilir.
“Keçən dəfə dediklərimi yenə təkrarlayıram: mən böyük bir qlobal münaqişənin baş verəcəyini hiss edirdim. Bilirəm ki, bir çoxları bunu tənqid etmişdi və deyirdi ki, üçüncü müddət mümkün deyil, çünki bu, Konstitusiyada qadağandır. Amma kim bilir? Dünya çox dəyişib”, — deyə Kreyq Hamilton-Parker bildirib.
Onun sözlərinə görə, qlobal siyasi vəziyyət sürətlə dəyişdiyi üçün əvvəllər mümkünsüz görünən hadisələr belə baş verə bilər.

