Əfqanıstanda ardıcıl olaraq 6,3 və 5,4 bal gücündə zəlzələlər baş verib.
“Den.az” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Xidmət zəlzələnin episentrinin Heratın şimal-qərbində olduğunu açıqlayıb. Zəlzələ yerin təxminən 6,3 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələdən təxminən 20 dəqiqə sonra Heratın 27 kilometr şimalında 5,4 bal gücündə daha bir zəlzələ olub.
Qeyd edək ki, oktyabrın 7-də Əfqanıstanın qərbində, İranla sərhəddə yerləşən Herat vilayətində ardıcıl güclü zəlzələlər baş verib. Birincisi 6,3 bal gücündə olan zəlzələ qısa müddətdə 5,5, 6,3 və 5,9 bal gücündə zəlzələlərə səbəb olub.
Oktyabrın 11-də Herat vilayətində yenidən 6,3 və 5 bal gücündə zəlzələlər qeydə alınıb.
Taliban müvəqqəti hökuməti indiyədək zəlzələlərdə təxminən 2500 nəfərin öldüyünü, minlərlə insanın isə yaralandığını açıqlamışdı.
Əfqanıstanda yenidən ard-arda zəlzələlər oldu

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.