ABŞ-ın İrana qarşı əməliyyatları Vyetnam müharibəsinə bənzər vəziyyət yarada bilər. Bu barədə Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Problemləri üzrə Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi, amerikalı ekspert Konstantin Bloxin bildirib.
Onun sözlərinə görə, bu münaqişə Donald Tramp üçün “Yaxın Şərq Vyetnamı”na çevrilə bilər.
“İranla müharibə Tramp üçün Yaxın Şərqdə Vyetnam ssenarisinə çevrilə bilər”, — deyə Konstantin Bloxin vurğulayıb.
Ekspert qeyd edib ki, məsafə səbəbindən İran ABŞ-ı tam məhv edə bilməz, lakin regionda Amerika maraqlarına ciddi zərər vurmaq potensialına malikdir.
Bloxin əlavə edib ki, mövcud vəziyyət “tələ”ni xatırladır və çıxış yolu kimi kompleks və sistemli danışıqlar göstərilməlidir.

