ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, 13 aprel tarixində ABŞ-ın şərq vaxtı ilə saat 10:00-dan etibarən İran limanlarına daxil olan və ya oradan çıxan bütün gəmilərə qarşı blokada tətbiq olunacaq.
Komandanlıq qeyd edib ki, bu addım prezidentin açıqlamasına uyğun olaraq həyata keçiriləcək və İran limanlarına yönələn bütün dəniz trafikinə şamil olunacaq.
Bildirilib ki, blokada:
- bütün ölkələrin gəmilərinə aid olacaq
- İranın Fars körfəzi və Oman körfəzindəki bütün limanlarını əhatə edəcək
Eyni zamanda vurğulanıb ki, Hörmüz boğazından İran limanlarına daxil olmayan və ya oradan çıxmayan gəmilərin sərbəst hərəkətinə maneə yaradılmayacaq.

