Avropa İttifaqı Aspides dəniz missiyasını Fars körfəzi, Qırmızı dəniz və Hind okeanı istiqamətlərində gücləndirir. Bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas açıqlama verib. Reuters yazır ki, hazırda fəaliyyət göstərən üç hərbi gəmiyə yaxın vaxtlarda daha iki fransız gəmisi qoşulacaq.
Qərar İran, ABŞ və İsrail arasında kəskinləşən qarşıdurma fonunda qəbul edilib. Missiyanın məqsədi regionda dəniz təhlükəsizliyini möhkəmləndirməkdir.
Aspides missiyası ilkin olaraq mülki gəmiçiliyi husilərin və digər pro-İran qruplaşmalarının hücumlarından qorumaq üçün yaradılmışdı. Lakin hazırkı genişlənmə İranın regiondakı ABŞ bazalarına zərbələri və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücumlar fonunda baş verir. Aİ bununla öz maraqlarını və müttəfiqlərini qorumağa hazır olduğunu nümayiş etdirir.

