İran ABŞ tərəfindən İran bayrağı altında üzən yük gəmisinin ələ keçirilməsini “aqressiya aktı” kimi qiymətləndirir.
Bu barədə Tasnim агентliyinə açıqlamasında ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib.
İranın kommersiya gəmisinə hücum aqressiya aktıdır.
Onun sözlərinə görə, bu hadisə Vaşinqtonun sözləri ilə əməlləri arasında açıq ziddiyyət olduğunu göstərir və İran cəmiyyətində ABŞ-ın niyyətlərinə qarşı etimadsızlığı daha da artırır.
Bəqai vurğulayıb ki, İran milli maraqlarını ön planda tutaraq, danışıqlar prosesinin davam etdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul edəcək.

