Avropa İttifaqı Şurası Rusiyaya qarşı növbəti sanksiyalar paketini təsdiqləyib.
Bu barədə hazırda blokda sədrlik edən Kipr nümayəndəliyi məlumat yayıb.
Məlumata görə, Şura artıq Rusiyaya qarşı 20-ci sanksiyalar paketini rəsmi şəkildə qəbul edib.
Bununla yanaşı, Aİ çərçivəsində Ukraynaya ayrılacaq iri həcmli maliyyə dəstəyi ilə bağlı qərar da verilib.
Şura Ukraynaya 90 milyard avro məbləğində kreditin verilməsi şərtlərini müəyyən edən qanunvericilik aktını təsdiqləyib.

