İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib ki, Tehran Hörmüz boğazından keçid rüsumları məsələsində bəzi ölkələr, o cümlədən Rusiya üçün istisnalar tətbiq edib. Bu barədə o, RIA Novosti agentliyinə açıqlamasında deyib.
Diplomat qeyd edib ki, hazırda İran Xarici İşlər Nazirliyi dost ölkələr üçün nəzərdə tutulan bu istisnalardan istifadə etməyə çalışır.
“Hazırda bəzi ölkələr üçün istisnalar tətbiq etmişik. Gələcəkdə nə olacağını deyə bilmərəm, lakin bu gün üçün Rusiya kimi dost ölkələr üçün güzəştlər qüvvədədir.”
İran bu rüsumları ABŞ və İsrailin hücumlarından sonra tətbiq etmək niyyətini açıqlayıb və bunu Hörmüz boğazında təhlükəsizliyin təmin olunması xərcləri ilə əsaslandırıb.
Eyni zamanda, hazırda Tehran ABŞ-ın dəniz blokadası tam aradan qaldırılana qədər boğazın bağlandığını bildirir.

