İstanbulda yeraltı su anbarında gizlədilmiş ən böyük silah ehtiyatı aşkarlanıb.
Bu barədə TRT Haber məlumat yayıb. Əməliyyat şəhərin Pendik rayonunda keçirilib.
Məlumata görə, polis dron vasitəsilə gizli anbarın yerini müəyyən edib. Axtarış zamanı 3 092 ədəd silah detalı, 1 869 tapança mexanizmi (zatvor) və müxtəlif silah aksesuarları müsadirə olunub.

Bu, Türkiyə tarixində qanunsuz silah istehsalı ilə bağlı aşkarlanan ən böyük ehtiyat kimi qiymətləndirilir.
Hadisə ilə bağlı 4 nəfər saxlanılıb, araşdırma davam edir.

