Çinin cənubunda yerləşən Quansi-Cuan Muxtar Rayonunun Baysə şəhərində “manqo yağışı” adlandırılan maraqlı təbiət hadisəsi müşahidə olunur. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Jurnalistlər qeyd ediblər ki, Baysə Çində manqo istehsalının əsas bölgələrindən biri sayılır və meyvə bağları ilə tanınır.

Şəhərdə manqo mövsümü mayın sonunda başlayır. Külək əsən zaman yetişmiş meyvələr ağaclardan yerə tökülür və bu mənzərə yağışı xatırladır.
Yerli sakinlərə və turistlərə manqo ağaclarının altından keçərkən ehtiyatlı olmaq tövsiyə edilib.

