İran verdiyi “yanlış qərarların” nəticələri ilə üzləşir.
Bunu ABŞ müdafiə naziri Pit Heqset İrana qarşı yeni hava zərbələrinin başlanmasını şərh edərkən deyib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı — CENTCOM İran ərazisinə yeni zərbələrin endirilməsinə başlandığını təsdiqləyib.
Eyni vaxtda İranın “Press TV” telekanalı İslam İnqilabı Keşikçiləri Korpusunun Hörmüz boğazında hərəkət edən bir gəmini bir neçə xəbərdarlıqdan sonra dayanmağa məcbur etdiyini bildirib.
Hadisələrin digər təfərrüatları barədə hələlik məlumat verilməyib.

