Fransada yay mövsümünün əvvəlindən etibarən təbiət yanğınlarının qəsdən və ya ehtiyatsızlıqdan törədilməsində şübhəli bilinən 402 nəfər saxlanılıb.
Fransanın daxili işlər naziri Loran Nunes mətbuat konfransında bildirib ki, saxlanılanların 156-sı yetkinlik yaşına çatmayan şəxslərdir.
Nazirin sözlərinə görə, təhlükəsizlik qüvvələri həm qəsdən törədilən, həm də ehtiyatsızlıq nəticəsində baş verən yanğınlarla bağlı araşdırmaları davam etdirirlər.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, yay başlayandan ölkədə 14 min yanğın hadisəsi qeydə alınıb, nəticədə 120 min hektar ərazi yanıb.
Hazırda ölkənin 16 departamentində isti hava ilə əlaqədar “narıncı” təhlükə səviyyəsi qüvvədədir. Meteoroloqlar yüksək temperaturun cümə gününədək davam edəcəyini bildirirlər.
Var departamentində isə meşə yanğını artıq iki həftədir davam edir. Alovla mübarizəyə 1000 yanğınsöndürən cəlb olunub.

