Hörmüz boğazının bağlanması qlobal enerji bazarında struktur dəyişikliklərinə səbəb olub. ABŞ–İran müharibəsi fonunda alıcılar alternativ neft marşrutları və yeni təchizatçılar axtarmağa başlayıblar.
The Times yazır ki, bu prosesdən ən çox əvvəl böyük ixracatçılar sırasında olmayan ölkələr faydalanır. Qayana gündəlik neft hasilatını 1 milyon barelə çatdırıb, ölkənin ümumi ehtiyatları isə təxminən 11 milyard barel qiymətləndirilir. 2030-cu ilədək ixracın iki dəfə artacağı gözlənilir.
Namibiya və Kot-d’İvuar sahillərində də yeni yataqlar aşkarlanıb, Uqanda isə hasilata başlamağa hazırlaşır. Çin və Hindistanın Braziliya və Afrika ölkələrindən alışları artırması Yaxın Şərqdən asılılığı azaltmağa yönəlib.
Körfəz ölkələri də Hörmüzdən yan keçən infrastruktura milyardlarla dollar yatırır. BƏƏ Fuceyrəyə boru kəməri imkanlarını genişləndirir, Səudiyyə Ərəbistanı isə Qırmızı dəniz istiqamətində nəql gücünü artırır.
Goldman Sachs-ın hesablamalarına görə, 2028-ci ilədək alternativ marşrutlar Hörmüzdən keçən əvvəlki həcmlərin 60 faizədək hissəsini əvəz edə bilər.

