Macarıstanın keçmiş xarici işlər naziri Peter Siyarto rüşvət almaqda şübhəli bilinməsi ilə bağlı iş üzrə 3 ilədək həbs cəzası ilə üzləşə bilər.
Index portalının məlumatına görə, prokurorluğun araşdırdığı materiallar artıq Budapeşt Polis Baş İdarəsinə göndərilib.
Prokurorluq bildirib ki, ərizəçinin təqdim etdiyi məlumatlar Peter Siyartonun Cinayət Məcəlləsinin 291.1-ci maddəsində nəzərdə tutulan rüşvət alma cinayətini törətməsi ilə bağlı şübhələrə əsas verə bilər.
Hazırda məsələ ilə bağlı araşdırmanın polis tərəfindən davam etdirilməsi gözlənilir.

