İspaniya hökuməti İtaliyaya xəbərdarlıq edib ki, Roma avqustun 9-dək sərhəd yoxlamalarını ləğv etməsə, Madrid adekvat cavab tədbirləri görə bilər.
La Sexta-nın məlumatına görə, İtaliya bu yoxlamaları Seutaya kütləvi miqrant axınından sonra tətbiq edib. İspaniya hökuməti isə qərarın minlərlə sərnişinə təsir etdiyini və turizm mövsümünün qızğın vaxtında hüquqi qeyri-müəyyənlik yaratdığını bildirib.
Madrid bəyan edib ki, ispaniyalı vətəndaşlara digər avropalılarla eyni qaydada münasibət göstərilməlidir və yoxlamaların dayandırılmasını tələb edib.
İspaniya tərəfi həmçinin Seutaya daxil olan miqrantların Şengen zonasında sərbəst hərəkət edə biləcəyi arqumentini rədd edib. Bildirilib ki, onların böyük əksəriyyəti artıq Mərakeşə qaytarılıb.
İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun sonundan etibarən Seutaya təxminən 72 min nəfər daxil olub. Müqayisə üçün, şəhərin daimi əhalisi təxminən 85 min nəfərdir.

