Avqustun 8-də Bakıda Yasamal rayonunun kommunal təsərrüfat sahəsində çalışan qadınlar üçün pulsuz onkoloji skrininq aksiyası təşkil olunub.
Milli Onkologiya Mərkəzinin məlumatına görə, müayinələrdə 400-ə yaxın qadın iştirak edib.
Aksiya Səhiyyə Nazirliyi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Onkoloqlar Cəmiyyəti və Bakı Patologiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Təşkilatçılar vurğulayıblar ki, erkən diaqnostika onkoloji xəstəliklərin profilaktikası və uğurlu müalicəsində mühüm rol oynayır.

Təşəbbüsün əsas məqsədi qadınların profilaktik müayinələrə marağını artırmaq və onların sağlamlığının qorunmasına töhfə verməkdir.

