Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin Qəzza sektorundakı hərəkətlərinə görə beynəlxalq siyasi təcridlə üzləşməli olduğunu bildirib.
Anadolu Agentliyinə müsahibəsində Hakan Fidan deyib ki, İsrail üçün ən böyük narahatlıqlardan biri məhz beynəlxalq səviyyədə təcrid olunmaqdır.
Nazirin sözlərinə görə, İsrail indiyədək digər ölkələrin imkanlarından istifadə etməklə dünya ictimaiyyətində müəyyən təsəvvür yarada bilib, lakin hazırda vəziyyət dəyişib.
Fidan “İsrailin beynəlxalq siyasi təcridinin son dərəcə vacib olduğunu” vurğulayıb və bunu Qəzza sektorundakı hərbi əməliyyatlarla əlaqələndirib.

