Almaniyanın şərqində, Saksoniyanın Plauen şəhərində kansler Fridrix Merts hökumətinin istefası tələbi ilə etiraz aksiyaları keçirilib.
DPA agentliyinin məlumatına görə, “Projekt M1llion” hərəkatı nümayişlərə təxminən 10 min nəfərin qatıldığını bildirib.
Aksiya iştirakçıları növbədənkənar seçkilərin keçirilməsini, elektrik enerjisi və qaz tariflərinin aşağı salınmasını, ictimai televiziya və radio sistemində islahat aparılmasını, həmçinin cinayət törətmiş qanunsuz miqrantların deportasiyasını tələb ediblər.
Almaniya mediasında daha əvvəl yayılan sorğulara görə, Mertsin fəaliyyətini bəyənənlərin səviyyəsinin 13 faizə düşdüyü, respondentlərin 84 faizinin isə onun işindən narazı olduğu bildirilmişdi.

