Qovunu spirtli içkilər, süd məhsulları və soyuq su ilə birlikdə qəbul etmək həzm problemlərinə səbəb ola bilər.
Qastroenteroloq Vladimir Loginov “Çempionat”a açıqlamasında bildirib ki, belə kombinasiya bəzi insanlarda güclü ishal və mədə-bağırsaq narahatlığı yarada bilər.
Həkimin sözlərinə görə, qovun yüksək miqdarda fruktoza və nisbətən yüksək qlisemik indeksə malik olduğuna görə həssas həzm sistemi olan insanlar üçün ağır ola bilər.
Loginov həmçinin şəkərli diabeti olanlara, qastrit və xora xəstəliyindən əziyyət çəkənlərə, eləcə də süd verən analara qovun qəbulunda ehtiyatlı olmağı tövsiyə edib.

