2007–2011-ci illərdə yayımlanan və Türkiyə televiziya tarixinin yaddaqalan seriallarından biri olan “Kavak Yelleri”ndə “Osman Amca” obrazını canlandıran usta aktyor Erol Aksoyun son görüntüləri yayılıb.
Bir müddətdir İzmirdəki baxım evində yaşayan 89 yaşlı sənətçinin səhhətinin yaxşı olduğu bildirilib.

Fotoqraf Murad Salahlı aktyoru qaldığı baxım evində ziyarət edib və birlikdə çəkilən fotoları sosial şəbəkədə paylaşıb. O, Erol Aksoyun hələ də gülərüz, enerjili və xoş əhvalda olduğunu qeyd edib, aktyorun pərəstişkarlarına salamlarını çatdırdığını bildirib.
Erol Aksoy “Kavak Yelleri” ilə yanaşı, “Yaprak Dökümü”, “Baba Candır” və “Sırlar Dünyası” kimi seriallarda, həmçinin “Mucize Aşk 2”, “Vezir Parmağı”, “İlk Öpücük” və digər filmlərdə rol alıb.

Usta aktyorun son fotoları qısa müddətdə sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

