Banqladeşin şimal-şərqində yerləşən Sylhet bölgəsində iki sərnişin avtobusunun toqquşması nəticəsində 8 nəfər həyatını itirib, 25 nəfər yaralanıb.
Qəza yerli vaxtla təxminən 07:30-da, paytaxt Dəkkədən 240 kilometr şimal-şərqdə baş verib. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Polis bildirib ki, yaralılardan bəzilərinin vəziyyəti ağırdır və ölənlərin sayının arta biləcəyi istisna edilmir.
Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

