Stresы gündəlik həyatın təbii hissəsidir və onu tamamilə aradan qaldırmaq mümkün olmasa da, düzgün vərdişlərlə təsirini azaltmaq mümkündür.
Elmi araşdırmalar göstərir ki, fiziki aktivlik stress hormonlarının tənzimlənməsinə kömək edə bilər. 2019-cu ildə yayımlanan araşdırmalardan birində müntəzəm fiziki fəaliyyətin kortizol səviyyəsinin balanslaşdırılmasına müsbət təsir göstərə biləcəyi qeyd olunub.
Stanford Universitetinin tədqiqatlarında isə təbiətdə edilən gəzintilərin zehni yorğunluğu və mənfi düşüncələrə həddindən artıq fokuslanmanı azalda bildiyi göstərilib. Yaşıllıqda keçirilən vaxt əhval-ruhiyyəyə də müsbət təsir göstərə bilər.

Gəzinti zamanı ifraz olunan endorfin və serotonin kimi maddələr insanın özünü daha yaxşı hiss etməsinə kömək edir. Mütəxəssislər gündə 20–30 dəqiqəlik yürüşün stresin idarə edilməsində faydalı ola biləcəyini bildirirlər.
Müntəzəm gəzinti təkcə psixoloji vəziyyətə deyil, ürək-damar sağlamlığına, yuxu keyfiyyətinə və enerji səviyyəsinə də müsbət təsir göstərə bilər.

