Qəzza zolağında nizamlanma planının həyata keçirilməsinə əsas maneə olaraq İsrail qoşunlarının ərazidən çıxarılma müddəti məsələsi qalır. Fələstinli ekspert Şadi əş-Şarfa RİA Novosti-yə açıqlamasında bunu bildirib.
Onun sözlərinə görə, ABŞ, İsrail və Sülh Şurası HƏMAS-ın tərksilah edilməsi ilə bağlı razılığa gəlib.
“HƏMAS-ın tərksilah edilməsi məsələsində ABŞ, İsrail və Sülh Şurasının razılığı var, lakin əsas məsələ qalır – İsrail Qəzzadan nə vaxt çıxacaq?” – deyə məlumatda bildirilir.

